XƏBƏRLƏR / İdman

"Qarabağ"-"Dinamo"(Zaqreb) oyununa 25 min bilet satılıb

Sabah keçiriləcək matça biletləri haradan və neçəyə əldə etmək olar?

"Qarabağ"-"Dinamo"(Zaqreb) oyununa 25 min bilet satılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çempionlar Liqasının seçmə mərhələsinin pley-off-unda Azərbaycanın “Qarabağ” klubu ilə Xorvatiyanın “Dinamo”su arasında keçiriləcək cavab oyununa (ilk oyun – 0:3) bilet satışı davam edir.

    İndiyədək 24 700 bilet satılıb.

    Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunun tutumu 31200 yerdir.

    Biletlərin qiymətləri sektordan asılı olaraq 5, 20, 30, 40, 75, 150 və 300 manatdır. Onları iTicket.az saytından, "Park Bulvar"dakı “köhlən atlar” fan-şopundan və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar.

    “Qarabağ” – “Dinamo” matçı avqustun 28-də adıçəkilən arenada keçiriləcək və saat 20:45-də başlayacaq ("Qarabağ" FK).