"Qarabağ erməniləri göydən yerə düşməlidilər"
Bunu Xankəndidə olan qondarma "DQR"-in keçmiş oyuncaq "müdafiə naziri" Samvel Babayan bəyan edib
Samvel Babayan qarşılıqlı etimad yaratmaq üçün Bakı ilə dialoqa başlamaq təklifini təsdiqləyib və əlavə edib ki, onun Azərbaycanla razılaşdırıla biləcək konkret addımlar paketi var.
"Ermənistan hakimiyyəti hesab edir ki, onların Xankəndidəki həmkarları nə etdiklərini bilirlər, mənim onlardan xəbərim yoxdur. Ola bilsin oturaq aksiyadan sonra Araik Arutyunyanın növbəti ifrat addımı aclıq aksiyası olacaq, mən belə qeyri-ciddi mübarizə növlərinə qoşulmuram.
Ağdam vasitəsilə daşımalara gəlincə, biz göydən yerə düşüb başa düşməliyik ki, biz əvvəl baş verənlərlə deyil, 9 noyabr 2020-ci ildən sonra yaranmış vəziyyətlə üz-üzəyik”.