Qarabağa qanunsuz səfər edən 58 jurnalist bağışlandı SİYAHI
Müxtəlif illərdə məlum olub ki, səfər bu şəxslərin məlumatsızlığı ilə bağlıdr.
Xarici İşlər Nazirliyi, Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin "qara siyahı"dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanatın mətni XİN-də keçirilən brifinqdə oxunub.
Bəyanata əsasən 58 xarici media nümayəndəsinin adı "qara siyahı"dan çıxarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib:
“Bu, Azərbaycan Respublikasının qarşıya qoyduğu prioritetlərdən biridir. Amma buna baxmayaraq, müxtəlif illərdə bəzi xarici media nümayəndələri Azərbaycanın işğalda olmuş ərazilərinə səfərlər ediblər. Azərbaycan hökumətinin icazəsi olmadan onlar ərazilərimizə daxil olublar. Müxtəlif illərdə məlum olub ki, səfər bu şəxslərin məlumatsızlığı ilə bağlıdır. Həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq arzuolunmaz şəxs siyahısına daxil edilir. Amma bu il 15-ə yaxın ölkədən 58 media nümayəndəsi siyahıdan silinib", - deyə XİN rəsmisi vurğulayıb.