XƏBƏRLƏR / Hərbi

Qarabağda daha 98 mina aşkarlandı

Bu barədə ANAMA xəbər verib

Qarabağda daha 98 mina aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatını açıqlayıb.

    Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

    Ötən həftə tank əleyhinə 67, piyada əleyhinə isə 31 mina aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 426.5 hektar ərazi minadan təmizlənib.