Qarabağdakı ermənilərə növbəti müraciət
Bu barədə administrasiyanın açıqlamasında bildirilib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış edib.
Bu barədə administrasiyanın açıqlamasında bildirilib.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir", - qurumdan qeyd olunub.