XƏBƏRLƏR / İctimaiyyət

“Qarabağ”ın oyunu ilə bağlı metronun iş rejimi gücləndirilir

Bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir

“Qarabağ”ın oyunu ilə bağlı metronun iş rejimi gücləndirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçiriləcək oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

    Bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

    Oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

    Həmçinin, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.