XƏBƏRLƏR / İdman

"Qarabağ"ın qapıçısının üç qurtarışı ən yaxşılar sırasında

Bu barədə UEFA məlumat yayıb VİDEO

"Qarabağ"ın qapıçısının üç qurtarışı ən yaxşılar sırasında
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.

    Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

    VİDEO

    25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.

    Avropa futbol qurumu paylaşımda "Qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.

    Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda "Neapol" klubuna 0:2 hesabı ilə uduzub.