Azərbaycanlıların Ermənistana qayıtmasına istinad etmədən ermənilərin Azərbaycana qayıtması mövzusunda danışanların hamısı sülhün əleyhdarlarıdır və sülh prosesini açıq şəkildə torpeda edirlər.
İranın Ermənistandakı səfirinin bəyanatı həm forma, həm də məzmun baxımından diqqətçəkəndir...
Bu SEPAH zabiti ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibə verib. Bu ABŞ səfirinin Rita Simonyanın "Russia Today"ə müsahibə verməsi kimi bir şeydir...
İran ABŞ-la birlikdə Qarabağ erməniləri mövzusunu hər biri öz məqsədləri əsasında yeniləməyə çalışır.
İranın məqsədi sülh müqaviləsinin bağlanmasının və kommunikasiyaların açılmasının qarşısını almaqdır.
Bu kanalda ABŞ-ın hədəfləri haqqında çox yazılıb...
Məzmununa görə:
İran Qarabağdan olan ermənilərin hüquqlarına hörmət edilməsini ancaq Ermənistan hökumətindən tələb edə bilər, çünki bütün Qarabağ erməniləri Ermənistan vətəndaşlarıdır!!! Və onlar vətəndaşı olduqları ölkənin ərazisində yerləşirlər...
Səfir libası geymiş SEPAH zabiti ermənilərin Qarabağı tərk etməsinin könüllü olmadığına eyham vurur. Etnik təmizləmə ittihamları üçün əsaslardan biri də məhz budur. Ermənilərin xoşuna gəlməlidir. Yaxşı, onda mən ermənilərə məsləhət görərəm ki, İranın Ermənistandakı səfirindən Azərbaycanla bağlı tədbir görməyi tələb etsinlər. Boş sözlər yox, dişsiz fars diplomatiyası yox, ancaq hərəkətlər! Sözlərə qalsa, Makron da oxşar bəyanatlar verir...
Yaxşı, SEPAH zabitinin danışdığı yara haqqında... Yaranı qaşımasan, qan çıxmaz.., onda yaranı qaşımayın, qoyun sağalsın... Çünki tökülən qan fars qanı deyil, erməni qanıdır...