XƏBƏRLƏR / Kriminal

Qaxda 7 kq narkotik aşkarlanıb

DİN xəbər verir

Qaxda 7 kq narkotik aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb.

    DİN-in mətbuat xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

    Tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.