Qazağıstan ABŞ-dan 4 mlrd dollarlıq lokomotiv alır
Lokomotivlər Avropa və Asiyadan keçən Orta dəhliz üçün istifadə olunacaq

ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib ki, Birləşmiş Ştatlar və Qazaxıstan 4,2 milyard dollar dəyərində lokomotivlərin tədarükü barədə razılığa gəliblər.
"Bu sövdələşmə uğur hekayəsindən daha çox şeydir. Bu, Texas və Pensilvaniyada minlərlə işi dəstəkləyəcək və ABŞ-Qazaxıstan tərəfdaşlığını gücləndirəcək", - Lutnik şərh edib.
O qeyd edib ki, lokomotivlər Avropa və Asiyadan keçən nəqliyyat dəhlizi üçün istifadə olunacaq və layihə Amerika texnologiyasına əsaslanır.
Daşıma texnologiyası sahəsində tanınmış qlobal lider olan Wabtec Kazakhstan Qazaxıstan dəmir yolu sənayesinin modernləşdirilməsində əsas tərəfdaşdır.
Wabtec Kazakhstan lokomotiv yığma zavodu 2009-cu ildən Astanada uğurla fəaliyyət göstərir. Bu müddət ərzində şirkət 230 milyon ABŞ dollarından çox sərmayə qoyub. Fəaliyyətə başladığı gündən zavod "Qazaxıstan Temir Yolu" üçün və ixrac üçün 600-dən çox lokomotiv istehsal edib. İstehsalın lokallaşdırılması 45 faizə çatıb.
2024-cü ilin iyul ayında Wabtec Qazaxıstanda innovasiya və kadr hazırlığı platformasına çevrilmiş texnologiya və mühəndislik mərkəzini açıb.