Qazaxıstanda beş gündə 1,9 min yeraltı təkan qeydə alınıb
Qazaxıstan FHN-nin məlumatı
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji müşahidələr və tədqiqatlar üzrə milli elmi mərkəzi Çinlə sərhəddə baş vermiş güclü zəlzələdən sonrakı beş gün ərzində 1,9 min yeraltı təkan qeydə alıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qeydə alınan yeraltı təkanlardan 11-i hiss edilən səviyyədə olub. “Seysmik aktivləşmə prosesi tədricən zəifləyəcək və normal vəziyyətə düşəcək”, - deyə nazirliyini press-relizdə bildirilir.
Qurumun məlumatına görə, hazırda bütün obyektlər normal rejimdə işləyir, seysmoloji vəziyyət stabildir.