XƏBƏRLƏR / Sağlamlıq

Qazlı içkilər böyrək xəstəliklərinə və kökəlməyə səbəb olur

Qazlı sudan mütəmadi istifadə ağır böyrək xəstəliklərinin meydana gəlməsi riskini də artıra bilər

Qazlı içkilər böyrək xəstəliklərinə və kökəlməyə səbəb olur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazlı suları içməyi sevənlərlə yanaşı ondan iştahanı artırmaq və həzm prosesini sürətləndirmək üçün istifadə edənlər də az deyil. Təəssüf ki, onun ziyanının çox olduğunu nəzərə almayanlar da var.

    Qazlı sudan mütəmadi istifadə ağır böyrək xəstəliklərinin meydana gəlməsi riskini artıra bilər. Tədqiqatçıların fikrincə, kökəlmənin əsas səbəbi şəkər və şirin qazlı içkilərdir.

    Həkim-terapevt Zakir Quliyev deyib: “Qazlı içkilərin tərkibi karbon qazı, xüsusi dad və rəng verən məhsullar və bir çox karbohidratlarla zəngin olur. Ona görə də həmin sulardan çox istifadə edənlərdə xüsusən də dayaq-hərəkət sistemində, sümüklərdə, dişlərdə ciddi problemlər yaranır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin mütləq şəkildə həmin içkilərdən istifadəsi yolverilməzdir”.

    Hər bir qazlı içkinin tərkibində karbon var və mədə şirəsinin turşuluğunun artmasına, bağırsaqda narahatlığa səbəb olur. Müalicə məqsədilə istifadə edilən mineral sular da qazı çıxarılandan sonra istifadə edilməlidir.