XƏBƏRLƏR / Münaqişə

Qəzzada ölənlərin sayı 2329 nəfərə çatdı

Xəsarət alanların sayı 9 042 nəfərdir

Qəzzada ölənlərin sayı 2329 nəfərə çatdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Ordusunun Qəzza zolağına zərbələri nəticəsində 2329 fələstinli ölüb.

    Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Xəsarət alanların sayı 9 042 nəfərdir.

    Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.