Qırğızıstanda dövlət çevrilişinə cəhd olub
Hüquq-mühafizə orqanları hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyiblər
Qırğızıstanda xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhddə şübhəli bilinən bir neçə şəxsi saxlayıb.
“Milli Təhlükəsizlik Nazirliyi dövlət çevrilişi iddiası iştirakçılarının kütləvi saxlanmasını həyata keçirir”, - məlumatda deyilir.
Saxlanılanların hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqları dəqiqləşdirilir. Xüsusi xidmət orqanları tərəfindən konkret kimin saxlanıldığı barədə məlumat verilmir.
Hüquq-mühafizə orqanları hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyiblər.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, ölkə Polşanın üsyan kimi bir şey təşkil etməyə hazırlaşdığını çoxdan bilir. Onun sözlərinə görə, çevriliş etmək istəyənlərin harada olduğunu bilir, həm də hər kəsi adı ilə tanıyır.