XƏBƏRLƏR / Seçki

Qırğızıstanda parlament seçkilərində səsvermə başa çatıb

YENİLƏNİB

Qırğızıstanda parlament seçkilərində səsvermə başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:42

    Qırğızıstanda Joqorku Keneşə (birpalatalı parlament) keçirilən növbədənkənar seçkilərdə səsvermə başa çatıb.

    Bunu respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov bildirib.

    Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin yekun siyahısına 4 294 243 vətəndaş daxil edilib.

    ***
    16:50

    Qırğızıstanda və onun xaricində Joqorku Keneşin (birpalatalı parlament) deputatlarının növbədənkənar seçkiləri keçirilir.

    “kabar.kg” xəbər verir ki, Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının məlumatına görə, yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin 27,89%-i və ya 1 197 568 nəfər səs verib.

    Xatırladaq ki, 30 çoxmandatlı seçki dairəsində növbədənkənar parlament seçkilərində ümumilikdə 460 namizəd iştirak edir.

    Seçicilərin son siyahısına 4 294 243 vətəndaş daxildir.

    ***

    10:36

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə bu gün yerli vaxtla səhər saat 8:00-da başlayıb. Ölkə daxilində və xaricdə ümumilikdə 2513 seçki məntəqəsi açıqdır. 4.294.243 qırğızıstanlı səs vermək hüququna malikdir.

    Seçkilər yeni sistem üzrə keçiriləcək. Ölkə üzrə 30 seçki dairəsində 90 deputat seçiləcək - hər dairədən üç nəfər. Yalnız bir cinsin nümayəndəsi seçilə bilməz. Cəmi 460 namizəd iştirak edir. Ölkə daxilində səsvermə saat 20:00-da başa çatacaq, xaricdəki seçki məntəqələri isə açıq qalacaq.