XƏBƏRLƏR / Hadisə

Qırğızıstanın "Manas" hava limanında təyyarə qəza enişi edib

Sərnişinlər təcili olaraq təxliyə edilib və tibbi yardım alırlar FOTO/VIDEO

Qırğızıstanın "Manas" hava limanında təyyarə qəza enişi edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Eniş şassisi sıradan çıxıb: təyyarə sözün əsl mənasında Manas hava limanında uçuş-enmə zolağında "uzanıb". VİDEO

    @Sputnik_Kyrgyzstan xəbər verir ki, "Tez Jet" aviaşırkətinin sərnişin təyyarəsinin arxa şassilərindən birinin sınması nəticəsində layner bir qanadı üstündə eniş edib.

    Məlumata görə, təyyarədə 187 nəfər olub. Bunlardan 181-i sərnişin, iki pilot və dörd stüardessa olub.

    Sərnişinlər təcili olaraq təxliyə edilib və tibbi yardım alırlar.

    "Qırğızıstan Hava Limanları" MMC-nin məlumatına görə, qəza səbəbindən "Manas" hava limanında bütün uçuşlar saat 22:00-dək dayandırılıb.