XƏBƏRLƏR / Hadisə

Filippində sərnişin bərəsi batıb: 15 ölü, 28 itkin FOTO

316 nəfər xilas edilib və axtarış əməliyyatları davam edir

Filippində sərnişin bərəsi batıb: 15 ölü, 28 itkin FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Filippində sərnişin bərəsinin batması nəticəsində ən azı 15 nəfər ölüb, 28 nəfər itkin düşüb.

    Sahil Mühafizəsinin məlumatına görə, 322 sərnişin və 27 heyət üzvü daşıyan MV Trisha Kerstin 3 Mindanaodan Filippindəki Jolo adasına gedirdi. Bərə yerli vaxtla saat 01:50-də qəza siqnalı göndərib və batmağa başlayıb.

    316 nəfər xilas edilib və axtarış əməliyyatları davam edir.