Qırğızıstanla Özbəkistanın sərhəd delimitasiyası bitdi
TASS xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov məlumat verib
Qırğızıstan və Özbəkistan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi yekunlaşıb. TASS xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov məlumat verib. O bildirib ki, artıq proses başa çatıb və bütün sərhəd boyunca hansı ərazinin Qırğızıstana, hansı ərazinin Özbəkistana aid oluduğu müəyyən edilib. Qırğızıstan prezidenti rəsmi Daşkəndlə bununla bağlı hər hansı müqavilənin imzalanması barədə detallara toxunmayıb.
Qeyd edək ki, əksər postsovet ölkələrində olduğu kimi, Özbəkistan və Qırğızıstan arasında da delimitasiya prosesi ötən əsrin 90-cı illərindən bəri davam edirdi.