Qırıcı təyyarənin yanacaq çəni maşınların üstünə düşdü VİDEO

Hadizə Türkiyənin Ankara şəhərində baş verib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin paytaxtı Ankarada Hərbi Hava Qüvvələrinə məxsus F-4 qırıcı təyyarəsinin uçuş zamanı köməkçi yanacaq çəni sıradan çıxıb.

    Bu barədə TRT Haber məlumat yayıb.

    Təyyarədən ayrılan yanacaq çəni paytaxt ərazisində yerləşən avtomobil dayanacağına düşüb.

    Hadisə nəticəsində dayanacaqda olan 3 avtomobilə ziyan dəyib.

    Bölgəyə çox sayda xilasetmə və polis qrupları sövq edilib.

    İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.