XƏBƏRLƏR / Siyasət

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransı bitib

Tədbir Cenevrədə Milli Məclisin Sədri, Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçib

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransı bitib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.

    Milli Məclisin Sədri, Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlardan 53 nümayəndə heyəti iştirak edib.

    S.Qafarova konfransın təşkilata üzv ölkələr arasında şəbəkənin və əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

    Konfransın “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olunduğunu xatırladan Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, hazırda iqlim dəyişikliyi xüsusi diqqət tələb edən ən mühüm və təxirəsalınmaz çağırışlardan biridir. S.Qafarova xatırladıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib.

    Konfransın yekunu olaraq Cenevrə Bəyannaməsi qəbul edilib.