XƏBƏRLƏR / İctimaiyyət

Qubada minik avtomobilləri toqquşub, ölənlər var

Qəza rayonun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Qubada minik avtomobilləri toqquşub, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Bakı-Quba yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır.

    Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

    Faktla bağlı araşdırma aparılır.