Rasim Məmmədov 14 il azadlıqdan məhrum edildi
O, 185 milyon manatlıq yeyintidə ittiham olunurdu
"Baku Steel Company" şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun əmlakının 90 faizi müsadirə edilib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə bildirilib.
Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunurdu.