XƏBƏRLƏR / Kriminal

Reyhanlı hücumunu törədənlərdən biri 11 il sonra tutuldu

"TRT Haber"in məlumatı

Reyhanlı hücumunu törədənlərdən biri 11 il sonra tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə 2013-cü ildə terror aktında iştirak edənlərdən biri olan Cengiz Sertel ələ keçirilib.

    O, polis orqanlarının və Milli Kəşfiyyat İdarəsinin birlikdə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

    Əməliyyatın təfərrüatları açıqlanmır.

    Məlumata görə, Cengiz Sertel qırmızı bülletenlə axtarılırdı.

    Qeyd edək ki, 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda törədilən iki bombalı terror aktı nəticəsində 53 nəfər ölüb, 146 nəfər yaralanıb. Bu, Türkiyədə törədilən ən ciddi terror hücumlarından biri hesab olunur.