XƏBƏRLƏR / Kriminal

Robik Koçəryan özünü xəstəliyə vurmaqda davam edir

Müstəntiqlər onun 24 saat ərzində məhkəməyə gətiriləcəyinə ümid edirlər

Robik Koçəryan özünü xəstəliyə vurmaqda davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Həkimlər Robik Köçəryanın (hərbi cani - ANS Press) məhkəməyə gətirilməsinin qarşısını alıblar və oğlu Levon Koçaryanın sözlərinə görə, onun həbsi üçün yeni vəsatət qaldırılıb.

    O bildirib ki, keçmiş prezidentin həbs müddəti bu gün səhər saat 8:00-da başa çatıb və bundan sonra müstəntiqlər yenidən onun 24 saat ərzində həbs olunmasını istəyiblər.

    Levon hesab edir ki, hakimiyyət Baş nazirin əmrlərini yerinə yetirərək atasını nəyin bahasına olursa olsun məhkəməyə gətirməyə çalışır.

    Xatırladaq ki, Robert Köçəryana və onun oğlu Sedraka qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb.

    İstintaq Komitəsində ittihamlarla tanış olan Köçəryan dərhal təzyiqinin qalxdığını və onu təcili xəstəxanaya çatdırılmasını xahiş edib. Təcili Yardım onu dövlət xəstəxanalarından birinə aparıb.