Rubio və Barro Bakı-İrəvan sülh sazişi haqda danışıblar
ABŞ Dövlət katibi və Fransanın xarici işlər naziri telefonla danışıblar

ABŞ Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barrot telefon danışığında Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər.
Həmsöhbətlər İranın nüvə proqramı ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin Qəzzada humanitar vəziyyət, Ukraynadakı müharibə, Sudandakı münaqişəyə toxunublar.
Rubio və Barro İranın heç vaxt nüvə silahı istehsal etməməsini və əldə etməməsini təmin etmək öhdəliyini təsdiqləyib.