XƏBƏRLƏR / Münaqişə

Rusiya 1000-dən çox hərbçinin meyitini Ukraynaya qaytarıb

Bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb

Rusiya 1000-dən çox hərbçinin meyitini Ukraynaya qaytarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya 1003 hərbçinin meyitini Ukraynaya qaytarıb.

    Bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

    Məlumata görə, bu, Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı, Təhlükəsizlik Xidməti, Silahlı Qüvvələr, Daxili İşlər Nazirliyi, Ombudsman ofisi və digər təhlükəsizlik sektoru strukturlarının səmərəli əməkdaşlığının nəticəsində mümkün olub.

    Bildirilir ki, hüquq mühafizə orqanlarının və Daxili İşlər Nazirliyinin ekspert təşkilatları bütün zəruri ekspertizaları həyata keçirəcək və meyitlərin identifikasiyasını aparacaqlar.

    Xatırladaq ki, 20 noyabrda 1000 meyit Ukraynaya qaytarılmışdı.

    Qeyd edək ki, Ukrayna da öz növbəsində 26 meyiti Rusiya tərəfinə təhvil verib.