Rusiya, Ermənistan və Türkiyə sərhədləri barədə qərar
Gürcüstan mətbuatı xəbər verir
Qış təkərləri olmadan Gürcüstan-Rusiya sərhədinə getmək daha mümkün olmayacaq.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə hökumətin qərarı dərc olunub.
Qərara əsasən, 2 yanvar 2024-cü il tarixindən etibarən Mtsxeta-Stepantsminda-Lars yolunun Mleta-Kobi hissəsində yay təkərləri ilə hərəkət qadağan ediləcək.
Ümumilikdə 1074 km beynəlxalq və 1938 km daxili yollarda qış təkərləri olmadan avtomobil sürmək mümkün olmayacaq. Belə ki, Lars yolu ilə yanaşı, başqa yerlərdə də məhdudiyyətlər tətbiq olunacaq: Şərqi və Qərbi Gürcüstanı birləşdirən Tbilisi-Senaki-Leselidze magistralında Osiauri qovşağından Surami qovşağına qədər, həmçinin Rikot aşırımından Tsevədək olan hissələrdə;
Gürcüstan-Ermənistan sərhədinə gedən Poniçala-Marneuli-Qequti avtomobil yolunun Dmanisi-Qequti hissəsində;
Gürcüstan-Ermənistan sərhədinə gedən Axalsixe-Ninotsminda avtomobil yolunda;
Gürcüstan-Türkiyə sərhədinə gedən Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun Kvişxeti-Vale hissəsində;
Gürcüstan-Türkiyə sərhədinə gedən Axalkalaki-Qars avtomobil yolunda.