Moskva ABŞ-Fransanın Bakı və İrəvanı barışdırmasına inanmır
Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib
ABŞ və Fransa Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında “vicdanlı broker” cəhdini batırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həmçinin bildirib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskva görüşünə dair razılıq əldə olunub.
Onun sözlərinə görə, dəqiq tarix daha sonra açıqlanacaq.
Lakin rəsmi İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyada görüşünün keçirilməsini təsdiqləməyib.
"Görüşlə bağlı razılıq var. Amma konkret yer və tarix daha sonra açıqlanacaq", - Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ani Badalyan "İnterfaks"a bildirib.