Rusiya hökuməti bu gün istefa verəcək
Bu barədə Rusiya telegram kanalları məlumat yayıb
Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti bu gün dövlət başçısı Vladimir Putinin andiçmə mərasimindən sonra istefa verəcək.
Bu barədə Rusiya telegram kanalları məlumat yayıb.
Bildirilib ki, inauqurasiyadan dərhal sonra hazırkı Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam veriləcək.