Rusiya ilə ticarət dövriyyəmiz 4 milyard dollara çata bilər
Bu barədə Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin görüşündə bəyan edilib
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çata bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Cari ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Hesab edirəm ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar rekord həddinə çata bilər”, - deyə Lavrov bildirib.