XƏBƏRLƏR / Qonşular

Ermənistan müxalifəti: Seçki nəticələri ləğv olunsun!

Yeddi müxalifət partiya və alyansı seçki nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib YENİLƏNİB

Ermənistan müxalifəti: Seçki nəticələri ləğv olunsun!
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:47

    "'Demokratiya, Qanun və İntizam" partiyası, "Ermənistan" bloku, "Respublika Naminə - Demokratiya Müdafiəçiləri Birliyi" alyansı, "Birlik qanadları" partiyası və "Çiçəklənən Ermənistan Partiyası" da Ermənistanda parlament seçkilərinin nəticələrinə etiraz olaraq Konstitusiya Məhkəməsinə ərizə təqdim ediblər.

    ***

    13:37

    Rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" hərəkatı iyunun 7-də keçirilən parlament seçkiləri nəticələrinin ləğvini tələb edir.

    Samvel Karapetyanın müxalifət bloku olan "Güclü Ermənistan" Konstitusiya Məhkəməsinə parlament seçkilərinin nəticələrinin etibarsız elan edilməsi tələbi ilə ərizə təqdim edib. Blokun mətbuat katibi Kahramanyan ərizəni açıqlayıb. O, ərizədə ya nəticələrin ləğvi, ya da ikinci turun keçirilməsi tələb olunduğunu bildirib.