XƏBƏRLƏR / Münaqişə

"Rusiya Odessada Azərbaycan şirkətinə qəsdən hücum edib"

Bu barədə Ukrayna Prezidenti Zelenski özünün sosial şəbəkə hesabında fikir bildirib

"Rusiya Odessada Azərbaycan şirkətinə qəsdən hücum edib"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.

    Bu barədə o özünün sosial şəbəkə hesabında fikir bildirib.

    "Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.

    Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

    Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.