Rusiya-Ukrayna cəbhəsində nələr baş verib?
Rostovdakı Novoşaxtinsk Neft Emalı Zavoduna yenidən dron hücumu edilib. Moskva istiqamətində 462 PUA vurulub
Noyabrın 28-i gecəsi Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavoduna yenidən dron hücumu edilib. Zavodda yanğın baş verib və ehtimal ki, saxlama çəninə ziyan dəyib.
Bu barədə RBC-Ukrayna məlumat yayıb.
Novoşaxtinskdə bir sıra partlayışlar baş verib və bundan sonra yerli sakinlər zavodun yaxınlığında parıltı müşahidə ediblər.
Yerli media xəbər verir ki, "Ağır dronlar Novoşaxtinskə hücum edib. Vəziyyət dəhşətlidir, yanğın baş verib".
***
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə 1246 PUA-nı vurub.
Qeyd olunub ki, PUA-lardan 462-si Moskva istiqamətində vurulub.
Bundan əvvəl Rusiyaya ən böyük gecə dron hücumu 17 noyabrda dəf edilib. Həmin vaxt 1441 PUA vurulub.
1 dəqiqədən az