XƏBƏRLƏR / Münaqişə

Rusiya Ukraynanı aramsız raket və dron atəşinə tutdu

Ukraynanın Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidməti xəbər verir

Rusiya Ukraynanı aramsız raket və dron atəşinə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fevralın 7-də səhər saatlarında Rusiya Ukraynanı müxtəlif tipli 64 raket və kamikadze dronları ilə vurub, hava hücumundan müdafiə qüvvələri düşmənin 44 hədəfini məhv edib, Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidməti xəbər verir.

    "2024-cü il fevralın 7-də günün əvvəlində düşmən müxtəlif hava hücumu vasitələrindən - hücum PUA-ları, qanadlı, ballistik və zenit-raket raketlərindən istifadə etməklə Ukrayna ərazisinə bir neçə hücum həyata keçirib", - məlumatda deyilir.

    Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdə Rusiyanın kütləvi zərbəsi nəticəsində iki nəfər həlak olub. Dağıntılar altında insanlar ola bilər. O qeyd edib ki, Kiyevdə ondan çox insan yaralanıb.

    Bundan başqa, Ukrayna paytaxtında bəzi kommunikasiyalar, xüsusən də yüksək gərginlikli kabellər zədələnib.

    Prezidentin sözlərinə görə, Xarkov vilayətində iki nəfər yaralanıb, bir nəfər isə xilas edilib. Lvov vilayətində xilasedicilər hadisə yerində işləyir. Nikolayevdə bir nəfər ölüb, onlarla evə ziyan dəyib.