Azərbaycan Rusiya ilə ekologiya sahəsində işçi qrupu yaradıb
Rusiyadakı səfirimiz Rəhman Mustafayev Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev ilə bir araya gəlib
Rusiya və Azərbaycan ekologiya sahəsində əməkdaşlıq üçün işçi qrupu yaratmaq niyyətindədirlər.
Bu məsələ Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə Dövlət Dumasının sədr müavini Aleksey Qordeyevin görüşündə müzakirə olunub.
Xəzər dənizinin dayazlaşması və onun bioloji ehtiyatlarının qorunması probleminə də diqqət yetiriləcək.