XƏBƏRLƏR / Hərbi

Rusiya ordusu Xəzərdə və Ermənistanda hərbi təlimlər keçirir

Bu barədə Rusiya müdafiə nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər verir

Rusiya ordusu Xəzərdə və Ermənistanda hərbi təlimlər keçirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Xəzər Dəniz Donanmasının (XDD) Növbətçi Hissəsinin tibb rotasının növbətçi heyətinin hərbi qulluqçuları terrorizmə qarşı mübarizə üzrə gecə kompleks təlimi çərçivəsində hərbi hissənin ərazisinə şərti düşmənin hücumunu dəf ediblər. Tədbir XDD-ın növbətçi hissələrinin hazırlıq səviyyəsinin yoxlanılması planına uyğun olaraq keçirilib.

    Ermənistandakı Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının xüsusi təyinatlı dəstəsinin şəxsi heyəti yüksək dağlıq poliqonda ümumi təlimdə iştirak edib.

    Hərbçilər yüksək dağlıq ərazilərdə kəşfiyyat və axtarış fəaliyyətini, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili üsullarını, əldəqayırma vasitələrdən kamuflyaj növlərini işləyiblər, xəritədə orientasiya və azimutda hərəkət etmək vərdişlərini təkmilləşdiriblər, həmçinin döyüş texnikasını öyrəniblər və yerdə gizli hərəkət üsullarını tədbiq ediblər.

    Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları Əlagəz poliqonunda atıcı silahlardan, hərbi texnikanın toplarından, minaatanlardan və qumbaraatanlardan müxtəlif hədəflərə atəş açır.

    Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər verir ki, bir həftə davam edəcək təlimə 300-dən çox hərbi qulluqçu cəlb olunub.