XƏBƏRLƏR / Təbiət

Rusiyada daşqın səbəbindən 2 min nəfər təxliyə olunub

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Rusiyada daşqın səbəbindən 2 min nəfər təxliyə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Primorsk bölgəsində daşqın olub.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Daşqın səbəbindən 2000-dən çox insan, o cümlədən 405 uşaq təxliyə edilib.

    28 yaşayış məntəqəsində suyun verilməsində problem yaşanıb. Ərazidə 550 yerlik müvəqqəti sığıncaq salınıb.

    Daşqınların nəticələrinin aradan qaldırılmasına ümumilikdə 653 nəfər və 205 texnika cəlb olunub.