XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələ oldu

Bursanın Gemlik rayonunda 4,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 15.14-də (Bakı vaxtı ilə saat 16:14-də) Bursanın Gemlik rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

    Zəlzələ ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.

    Zəlzələ yerin təxminən 10,86 kilometr dərinliyində baş verib.

    Tələfat olmayıb.