XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ olub

Seysmoloji Xidmət Mərkəzinin məlumatı YENİLƏNİB

Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 19:05

    Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ olub.

    ***

    Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.

    AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, yeraltı təkan yerli vaxtla 16:46-da baş verib.

    Xatırladaq ki, bundan əvvəlki zəlzələ saat 12:30-da 3,4 bal gücündə qeydə alınmışdı.