XƏBƏRLƏR / Məhkəmə

Rusiyanın Ali Məhkəməsi Talibana qoyulan qadağanı götürdü

Baş Prokurorluq müvafiq sənədlə müraciət etmişdi

Rusiyanın Ali Məhkəməsi Talibana qoyulan qadağanı götürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyası Ali Məhkəməsi Talibanın ölkə ərazisində fəaliyyətinə qoyulan qadağanı dayandırıb.

    Ali Məhkəmə bu gün keçirilən iclasda Baş Prokurorluğun müraciətinə baxaraq qərar qəbul edib.

    Qeyd edək ki, bir müddət əvvəl Rusiya Baş Prokurorluğu Ali Məhkəmədən Taliban hərəkatını terrorçular siyahısından çıxarmağı xahiş edib.

    Xatırladaq ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu imzalayıb.