BLOQ

Rusiyanın neftdən əldə edilən gəliri minimum həddə çöküb

Bu barədə "Bloomberg" agentliyinin tədqiqat məqaləsində deyilir

Rusiyanın neftdən əldə edilən gəliri minimum həddə çöküb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın neft ixracından əldə edilən gəlir Xüsusi Hərbi Əməliyyatın başlanğıcından bəri ən aşağı səviyyəyə çöküb.

    Rusiya neft şirkətlərinin gəlirləri "Urals" neftinin qiymətlərinin düşməsindən sonra kəskin şəkildə azalmağda davam edir. "Urals" nefti "Brent" neftinə nisbətən təxminən 50% endirimlə satılır.

    Argus məlumatlarına və tanker daşıma statistikasına əsaslanan Bloomberg hesablamalarına görə, Rusiyanın orta dörd həftəlik neft ixracından əldə edilən gəlir 4 yanvarda bitən həftə üçün həftədə 959 milyon dollara düşüb ki, bu da Ukraynadakı hərbi münaqişədən bəri ən aşağı səviyyədir.

    Oktyabrın əvvəli ilə müqayisədə Rusiyanın neft gəlirləri 35% və ya həftədə təxminən 500 milyon dollar, dekabrın əvvəli ilə müqayisədə isə 15% və ya həftədə təxminən 200 milyon dollar azalıb.

    Rusiyanın əsas ixrac markası olan "Urals" neftinin orta qiyməti ABŞ-ın "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı sanksiyalar elan etməsindən bəri təxminən 40% azalıb.

    Yanvarın ilk günlərində "Urals" nefti Baltik dənizi limanlarında barreli 36,69 dollara, Qara dənizdə yükləmə üçün isə 34,82 dollara satılırdı.

    Çinin satın aldığı Uzaq Şərq xam nefti olan ESPO-nun orta qiyməti bir barel üçün 47,55 dollara düşüb.