Rusiyapərəst erməni müxalifəti referenduma imkan verməyəcək
Bu barədə müxalif blokların yeni konstitusiya layihəsi ilə bağlı bəyanatlarında bildirilib YENİLƏNİB/FOTO
17:01
Ermənistanın müxalifət fraksiyaları Paşinyanın yeni konstitusiya layihəsini dəstəkləmək təklifini rədd etdi.
"Güclü Ermənistan" (Samvel Karapetyan) və "Ermənistan" (Robik Köçəryan - hərbi cani ANSPress) parlament fraksiyaları Baş nazir Nikol Paşinyanın yeni konstitusiya layihəsini referenduma təqdim etmək üçün lazım olan altı səsi təmin etmək təklifini rədd etdi.
- "Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abrahamyan 29 millət vəkilinin hamısının "Əliyev Konstitusiyasına" qarşı səs verəcəyini bildirdi. O, Müstəqillik Bəyannaməsinə istinadın olmamasının Azərbaycanın tələblərinə əməl olunmasını göstərdiyini qiymətləndirdi.

Abrahamyan həmçinin dövlət qurmağın zəruriliyi ilə bağlı müddəanı tənqid edərək, bu cür ifadələrin Ermənistanın artıq qurulmuş dövlətçiliyini şübhə altına aldığını iddia etdi.
- "Ermənistan" fraksiyasının katibi Artur Xaçatryan Paşinyanla hər hansı bir razılaşmanı rədd etdi və baş naziri ölkənin maraqlarına zidd hərəkət etməkdə ittiham edərək istefasını tələb etdi.

****
16:41
"Əliyev Ermənistandan Müstəqillik Bəyannaməsindən imtina etməsini tələb edib. Bu gün təqdim olunan layihə bir daha bizim qiymətləndirməmizi təsdiqləyib: Paşinyan ardıcıl olaraq Əliyevin tələblərinə uyğun gündəliyi irəli sürür və siyasi mənfəət sahibinin xahişi ilə Ermənistanın müstəqilliyini rədd etməyə hazırdır.

Bu barədə həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyanın (Taşir Samo) "Güclü Ermənistan" blokunun parlament fraksiyasının yeni konstitusiya layihəsi ilə bağlı bəyanatında bildirilib.
"Güclü Ermənistan" və birləşmiş müxalifət Ermənistanın müstəqilliyinin təməllərindən imtina etməsinə və "Əliyev referendumu"nun tətbiq edilməsinə imkan verməyəcək. Paşinyanın bugünkü çıxışında bəlkə də yalnız bir həqiqət var idi: o, getməlidir.
Əliyev konstitusiyasına yox! Müstəqil Ermənistan yaşasın!", - bəyanatda deyilir.
2 dəqiqə