XƏBƏRLƏR

Ruslar "Sputnik Armenia" radiosunun bağlanmasını qınayır

Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayıb

Ruslar "Sputnik Armenia" radiosunun bağlanmasını qınayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Ermənistandakı səfirliyindən Ermənistan Televiziya və Radio Komissiyasının "Sputnik Armenia" radiosunun yayımını dayandırmaq qərarına şərhində deyilir: 

    "Təəssüf edirik ki, respublika tənzimləyicisinin hökmü erməni dinləyicinin öz seçdiyi mənbədən məlumat almaq qeyd-şərtsiz hüququna təsir edəcək.

    Bu addım getdikcə daha çox Rusiya ilə Ermənistan arasında ənənəvi, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan müttəfiqlik münasibətlərinin pozulmasının tərəfdarı olanlara güzəşt kimi görünməyə bilməz".