XƏBƏRLƏR / Kriminal

Sabirabadda ər arvadını öldürərək Kürə atıb

Hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb YENİLƏNİB

Sabirabadda ər arvadını öldürərək Kürə atıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:35

    Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq davam edir.

    ***

    16:10

    Sabirabadın 
    Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

    Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hazırda Kür çayında meyitin axtarışları aparılır.

    Faktla bağlı araşdırma gedir.