Samvel Babayan Azərbaycana “təkliflər paketi” göndərib
Bunu Babayanın özü Ermənistan KİV-nə təsdiqləyib
Xankəndidəki qondarma rejimin “parlament” adlandırdığı yığıncaqdakı ikinci əsas qüvvə - “Vahid Vətən partiyası”nın rəhbəri, “eks-müdafiə naziri” Samvel Babayan Qarabağda yaranmış vəziyyətin aradan qaldırılması üçün Azərbaycana təkliflər təqdim edib.
Lakin o, təkliflərlə bağlı kimə müraciət etdiyini açıqlamayıb. S.Babayan Azərbaycan tərəfinə təqdim etdiyi paketdə hansı təkliflərin qeyd olunduğu barədə də danışmaq istəməyib.
“Biz onları təqdim etdik, bəzi cavablar, suallar var, müzakirələr gedir. Biz tam olaraq ciddi paketə nail olacağıq, bundan sonra danışıqlar masası arxasına əyləşəcəyik, bəndlər üzrə həll yolları tapacağıq”, - S.Babayan deyib.
Samvel Babayan öz təklifini yalnız ümumi formada belə təsvir edib: əvvəlcə azərbaycanlılarla qarşılıqlı etimada nail olmaq, sonra isə siyasi həll yoluna keçmək.