XƏBƏRLƏR / Münaqişə

SEPAH Hörmüzda 5 neft tankerin minaya düşdüyünü deyir

Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib

SEPAH Hörmüzda 5 neft tankerin minaya düşdüyünü deyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ ordusunun müşayiəti ilə hərəkət edən daha iki neft tankeri Hörmüz boğazında minaya düşüb.

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi Hörmüz boğazında iki iri neft tankerinin dəniz minasına düşərək partladığını açıqlayıb.

    Məlumata görə, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan iki tanker Hörmüz boğazının cənub sahilləri yaxınlığında yanmaqda davam edir.

    Partlayışdan sonra gəmilər tərk edilib.

    SEPAH-ın açıqlamasında tankerlərin ABŞ qırıcılarının dəstəyi və dronların müşayiəti ilə boğazın qadağan olunmuş marşrutu üzrə gizli şəkildə hərəkət etməyə çalışdıqları qeyd olunub.

    SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun komandanlığı altında olan və ya onunla əməkdaşlıq edən hər hansı neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutlarından keçməyə cəhd edəcəyi təqdirdə, müdaxilə ediləcəyi barədə xəbərdarlıq edib.