XƏBƏRLƏR / Hərbi

Şərait bölmələrimizin nəzarəti altındadır

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib

Şərait bölmələrimizin nəzarəti altındadır
Anar Eyvazov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır".

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini davam etdirir:

    "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".

    Müdafiə Nazirliyinin rəsmisi həmçinin bildirib ki, keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

    "Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və həmin kontingentin nümayəndələrinin müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan tamamilə məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.

    Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır".