Əvvəla, dünya ədəbi brendləri nədir? Fiksbioqrafiya janrı, tutaq ki, dünya ədəbi bazarında indi bir saylı “nou hau”dur. Bəs Azərbaycanda bu janrı anlayanlar heç varmı?
Yüksək oktanlı neftimiz, benzinimiz var, bəli. Bəs yüksək oktanlı ədəbiyyat necə, Azərbaycanda varmı? Əlbəttə var. Bizdə təbii geoloji xammal olduğu kimi, filoloji xammal da mövcuddur - meyxanalar, mərsiyələr, folklor, tutaq ki. Deyərdim hətta yazılı ədəbiyyatımızın 80 faizi belə “yazılı folklor”dur. Bu fokloru, bu yazılı folkloru biz gərək mütləq təkrar emaldan çıxaraq. Paketləyək. Müasir standarta salaq, ya Allah, dünya ədəbi bazarına çıxaraq.
Ədəbiyyatşünaslığımız, ədəbi dərgilərimiz, çoxminlik filoloji cameəmiz bu sərgidə öz fəallığı ilə, reportajları, peşəkar məqalələri ilə əsla gözə girmədi. Belə isə, gəlin, söhbətimizin dəyər şkalasını azca aşağı, sizin bayağı səviyyəyə salaq.
Azərbaycan filoloqlarının danışdığı bayağı dildə sərgidəki kitablara təsnifat verək.
Azərbaycan filoloqlarının danışdığı bayağı dildə sərgidəki kitablara təsnifat verək.
Bəli, mən peşəkar filoloji yanaşma görmədim bizimkilərdə. Ədəbi mətbuat, dəqiqəbaşı öz köksünü yumruqlayan yekəbaş nəşriyyatlar elmi-nəzəri süzgəcdən keçirə bilmədi bu tədbiri. Ağzına bir udum su alıb susdu əvəzində. Dünya kitab fuarlarında səsləndirilməyən bir sorğu vərəqi var. Onu adətən lal cavablandırırlar. Bizim filoloqlara da uzaqbaşı bax bu təsnifat, sorğu vərəqi doğmadır.
Yəni, sərgidəki hansı kitabla:
1. Kosmosa uçardınız?
2. Ayaqyoluna gedərdiniz?
3. Çimərliyə, saunaya gedərdiniz?
4. Səfərə gedərdiniz?
5. Avtobusa minərdiniz?
6. Yuxuya gedərdiniz?
7. Kimin kitabından vərəq cırıb samavarı alışdırardınız?
8. Arasında pullarınızı saxlardınız, Məşədi İbad kimi?
9. Kimin kitabını düşmənin başına çırpardınız?
10. Kimin kitabı stolüstüdür?
11. Kiminki stulüstü?
Bəsinizdir. Bu sorğunu cavablandırmağa da gücünüz, heyiniz, savadınız çatmayacaq.
Qayıdın çayxanalarınıza.
Hə... Az qala unutmuşdum.
Qayıdın öz milli-mənəvi dəyərlərinizə.
Dedi-qoduya, mənəm-mənəmçiliyə. Tərifə. Ədəbi gözəlnamələrə. Sizinki budur.
Sərgiyə layiq istedadlarımız çoxdur.
Ancaq siz bu istedadları görmək istəmədiniz.