Sevgili Bayrağım
Bu veriliş ANS televiziyasında- 09.11.2015-ci ildə çəkilib və yayımlanıb.
Azərbaycan bayrağı və ya üçrəngli bayraq — Azərbaycanın rəsmi simvollarından (himn və gerblə birlikdə) biridir. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən, 5 fevral 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.