XƏBƏRLƏR / İctimaiyyət

Şair Məmməd İsmayılla Tovuzda dəfn edilib

Mərhum Əsrik-Cırdaxan kənd qəbiristanlğında dəfn ediləcək

Şair Məmməd İsmayılla Tovuzda dəfn edilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn edilib.

    Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub.

    Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, iştirak ediblər.

    Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

    1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

    Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.

    ***

    13:21

    Şair Məmməd İsmayılla Tovuz rayonunda vida mərasimi keçirilir.

    Şairin nəşi anadan olduğu Əsrik-Cırdaxan kəndindəki evinə gətirilib. Vida mərasimindən sonra Məmməd İsmayıl kənd qəbiristanlğında dəfn ediləcək.

    Xatırladaq ki, Məmməd İsmayıl avqustun 19-da vəfat edib.

    Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

    Məmməd İsmayıl 1939-cu ildə Tovuzun Əsrik-Cırdaxan kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

    "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, C.Cabbarlı adına Azərbaycanfilm studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini və sair vəzifələrdə çalışıb, o cümlədən 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

    O, həmçinin Türkiyədə pedaqoji fəaliyyət göstərib.

    14 yaşından bədii yaradıcılıqla məşğul olan Məmməd İsmayıl “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Baxtıma düşən gün” və başqa şeir kitablarının müəllifidir.

    Allah rəhmət eləsin.